Qaranohur turu

Qaranohur — Azərbaycanın İsmayıllı rayonu ərazisində yerləşən yüksək dağ gölü. Qaranohur gölü “Şahdağ” Milli Parkının ərazisində yerləşir. İsmayıllı şəhərindən 8 km şimal-şərqdə, dəniz səviyyəsindən 1520 m yüksəklikdə yerləşir. Böyük Qafqaz dağlarından axan Qaranohur çayının hövzəsinə daxildir. Gölün minerallaşması yüksəkdir. 1000 mq/l-i keçmir. Bu gölün suyu kənd təsərrüfatı üçün əlverişli deyildir. Sahildən aralandıqca Qaranor gölünün ortasında şəffaflıq maksimuma çatır. Göl ehtimalən Mezozoy dövrünün sonu, Kaynozoy erasının əvvəlində baş vermiş konvergensiya prosesləri nəticəsində yaranmış tektonik proseslərin nəticəsində yaranıb. Gölə gedən cığır yollar 2006-cı ildə qurulmuşdur.

Daha ətraflı...
Müddəti
1 gün
Tipi
Gəzinti
Hərəkətlilik
Çətin
Minimal say
20
Yaş
12+
Ərazi
İsmayıllı, Talıstan

Qiymət bir nəfər üçün nəzərdə tutulub.

Daha ətraflı..
  • Nəqliyyat
  • Səhər yeməyi
  • Çay süfrəsi
  • Bələdçi

LƏVAZİMATLAR:
- Bel çantası (həcmi 10-30 litr)
- Rahat geyim, su və külək keçirməyən gödəkçə.
- Rahat və sukeçirməz bot və ya idman ayaqqabısı.
- Əlavə geyim (corab, qısaqol köynək, papaq və s.)
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.)
Özünüzlə bir günlük yemək və su ehtiyatı götürün. Çörəkarası, şokolad, quru meyvə, çərəz, tərəvəz,müxtəlif konservalar (termosla qaynar su götürməniz arzuolunandır.)

Show more...

YÜRÜŞÜN PROQRAMI:
06:20- ə qədər Gənclik metrosunun “Caspian” və ya köhnə Gənclik mehmanxanası tərəfə çıxışında toplanış
06:30 - 09:45 – Bakı – İsmayıllı
09:50 - Marşurut haqqında ümumi məlumat və piyada yola davam
13:30 - Gölə çatırıq (sərbəst vaxt və piknik)
15:30 - Geri qayıdırıq
18:30 - Bakıya yola düşürük, yolüstü çay fasiləsi
~ 22:30 - Bakıdayıq

Daha ətraflı...

YÜRÜŞ BARƏDƏ MƏLUMAT: - Ümumi məsafə təxminən 10 km - Çətinlik dərəcəsi orta (yürüş vərdişi olmayanlar üçün nisbətən çətin)

Daha ətraflı...